WhatsApp dünyanın ən məşhur anlıq mesajlaşma xidmətlərindən biridir. Yəqin ki, hal-hazırda smartfondan istifadə etməyən və onun mövcudluğu barədə məlumatı olmayan tapmaq çətin olar.
Bu ilin Fevral ayından Facebook sosial şəbəkəsinə aid olan şirkətin baş direktoru, öz Twitter səhifəsində xidmətin aylıq aktiv istifadəçilər sayının 600 milyona çatdığı barədə məlumat paylaşıb.
Eləcə də CEO qeyd edib ki, qeydiyyatdan keçmiş istifadəçilərin sayı, fəal istifadəçilərin sayından əhəmiyyətli dərəcədə fərqlidir, lakin dəqiq rəqəmləri açıqlamayıb. Qeyd edək ki, WhatsApp öz rəqiblərini ciddi bir şəkildə qeridə qoyur. “WeChat”ın 438 milyon aktiv istifadəçisi və “Viber”in isə 100 milyon aktiv istifadəçisi var. Messenger bütün məşhur platformalar üçün mövcuddur - Android, iOS, Windows Phone, BlackBerry OS.