Fransız dizayner Ora-İto Nike idman ayaqqabıları üçün Charles və Ray Eamesın məşhur kreslosu əsasında yeni bir layihə təqdim etdi. "Eames Lounge" adı verilən, dəri və ağacdan hazırlanan bu kreslonun ayaq söykəmək üçün stendi var.



O, 1956-cı ildə dizayner Herman Miller üçün hazırlanmışdır və elə həmin gündən etibarən də dizaynerlər və istehlakçılar tərəfindən istifadə olunur. İto öz müsahibəsində bildirmişdir ki, “Eamesın forma və estetikasını idman ayaqqabılarında əsk etdirərək “Nike Air” kimi “Nike Eames” təqdim etmək fikri yarandı”.