Şokolad brendi olan “Twix” hər zaman maraqlı reklam çarxları ilə diqqət çəkib. Bu dəfə brend möhtəşəm “Twix Bites” konfetlərini bir neçə il bundan öncə niyə hazırlamadığına dair suallar verir.



Layihənin yaradıcı konsepsiyasının BBDO NY təşkilatından olan müəllifləri səksəninci və doxsanıncı illərdən ilhamlanıblar. Reklam çarxlarında həmin dövrə aid saç düzümləri, geyim, çox köhnə kompüterlər və keçmiş gadgetlər kimi bütün ünsürlərdən istifadə olunmuşdur.