Qida ilə əlaqəsi olmayan brendlər bəzən yeməli məhsullara müraciət edir. Onlar bunu həm öz məhsullarına daha çox diqqət cəlb etmək üçün, həm də tərəfdaşlarını təəccübləndirmək üçün edir.



Kosmetika markası olan “Estee Lauder” New York restoranı və “Momofuku Milk Bar” şirniyyat evi ilə birləşdi. Brend bu addımı “Estee Cookie” hazırlamaq üçün atdı. “Estee Cookie” Bolqar qızılgülü qoxusu verən peçenyedir.



Bu qoxu məşhur brendin əsas elementidir. İlk dəfə olaraq 1973-cü ildə təqdim olunmuşdur. Peçenye satışa təqdim olunmayaqcaq. O, Estee Edit online jurnalının təqdimatının bir hissəsidir.