İnternet axtarış sistemi Google və kitab evi Barnes&Noble, ortaq rəqibləri Amazona qarşı ittifaq qurmaq barədə razılıq əldə ediblər. Google və Barnes&Noble onlayn kitab satışında Amazonu vurmağı hədəfləyir.


 


İki şirkət arasında əldə edilən razılaşmaya görə “Google”un keçən il qurduğu poçt xidməti Google Shopping Express, “Barnes&Noble”a aid məhsulların paylamasını boynuna götürəcək.


 


Amazon kimi kitab satışı edən Barnes&Noble, ilk etapda “ABŞ”ın bir neçə şəhərlərini əhatə edəcək bu yeni onlayn satış strategiyası sayəsində sektordakı ən böyük rəqibi ilə arasındakı fərqi bağlamağı hədəfləyir. Amazonla baş edə bilməyən və son 5 ildə 63 mağazasını bağlayaraq kiçilmə yoluna gedən Barnes&Noble, “Google”un köməyi ilə onluna satışlarını artırmağı və bu sayədə zərərini kompensasiya etməyi məqsəd qoyur.


 


İki şirkət arasında əldə edilən bu razılaşmanın onlayn satışların artırılması üçün edildiyini vurğulayan “Barnes&Noble”un İcraçı direktoru Michael P. Huseby, bu lyihənin pilot layihə olduğunu söyləyib. Yalnız “ABŞ”ın müəyyən bölgələrində istifadəçilərin faydalana biləcəyi bu xidmətin uğur qazanıb, Amazonun bazardakı hakimiyyətini təhlükə altında qoya bilməyəcəyi söylənilir.