Google 2014-cü ilin ikinci yarısına aid "YouTube Insights" hesabatını təqdim etdi. Hesabatda YouTube izləyiciləri, tərkibi və təsirləri haqqında əhəmiyyətli məlumatlar yer aldı.
"Google"un bu hesabatda Türk Hava Yollarını müvəffəqiyyət hekayəsi olaraq seçməsi də nəzərlərdən qaçmadı. "YouTube"un bu son hesabatında əsas mövzu isə markaların daha çox izləyici əldə etməsi üçün "YouTube"u necə istifadə etdikləri oldu.
Hər ay 18-34 yaş arası istifadəçilərin 9 %-nin "YouTube" videolarını paylaşıb, şərh yazdıqlarını göstərən araşdırmada "YouTube"un bütün televiziya kanallarından daha çox bu seqmentə çata bildiyi göstərildi. Gözəllik məhsulu satın alan istehlakçıların 66 %-i "YouTube"da izlədikləri videoların satın alma qərarlarında təsirli olduğunu söyləyərkən, avtomobil satın almağı düşünənlərin 72%-i videolar sayəsində almağı düşündüklərini bildirib.
Eyni şəkildə “how-to” videoları istehlakçıların 62 %-ni ağıllı telefon seçiminə təsir edir. Cannes 2014 YouTube Ads Leaderboardda iştirak edən videolarda reklamla məzmunun arasındakı əlaqənin artıq o qədər kəskin olmadığının ifadə olunduğu hesabatda videoyla mezmun marketinqinin əhəmiyyəti vurğulanarkən, bu siyahının ilk sırasında iştirak edən Kobe və Messili THY reklamının da müvəffəqiyyətinə toxunulur.
YouTube "Türk Hava Yolları"nın bu reklamla selfielər vasitəsilə 100 milyondan çox səyahət etməyi planlaşdıran müştərini özünə çəkdiyini bildirdi. "THY"nın selfie trendini Kobe və Messi kimi məşhurlarla alovlandıraraq müvəffəqiyyətli bir marketinq kampaniyasına imza atdığını söyləyən YouTube, "THY"nı beləliklə müvəffəqiyyət hekayələri arasına qatmağa qərar verdi.


