Bütün dünyada məşhur olan evlərin online sifariş xidməti "Airbnb" 2008-ci ildən bu yana ilk dəfə olaraq dizaynını yenilədi. Yeni dizayn London dizayn təşkilatı olan DesignStudio tərəfindən hazırlanmışdır.



Yeni logo “Belo” ürək şəklini, xəritədə sancaqlar, bütün dünyaya məxsusluğunu, insanları simvolizə etdiyini, məkanı, sevgini və A hərfini xatırladır. Airbnb bundan əlavə interface dizaynını və saytın funksionallığını təkmilləşdirdi. Əsas səhifədə müxtəlif şəhərlərində icarəyə verilmiş mənzillər haqqında daha ətraflı məlumat əldə etmək üçün “Discover” bölümü yarandı.