Texnologiya nəhəngi "Google"un ağıllı eynəyi "Google Glass" həyəcanla gözlənilən bir məhsuldur. Ağıllı eynək San Francisco, Los Angeles və New Yorkda istəyənlərin ödənişsiz olaraq sınaqdan keçirə biləcəyi bir şəkildə tanıdılır.
Geyiləbilən cihazların məşhurluğunun artmasıyla birlikdə bir çox brend öz məhsullarını inkişaf etdirib bazara təqdim edir. "Google"un hədəfi isə olduqca böyükdür. Ağıllı qol saatları üçün "Android Wear"ı təqdim edən texnologiya nəhəngi, bir tərəfdən də "Google Glass" ilə ağıllı eynəkləri yaymağa çalışır.
13 yaşdan yuxarı istifadəçilər isə Google mərkəzlərində gedərək rəhbər nəzarətində "Google Glass" ilə daha yaxından tanış ola bilər. "Google Glass" ilə istifadəçilər fotoşəkil və video çəkir, chatlaşır və internetdən istifadə edə bilir. May ayında bazara təqdim edilən "Google Glass" üçün hər gün yeni tətbiqlər və yeniliklər hazırlanır.