Mayın 28-dən etibarən kanal yeni loqosu ilə efirə çıxır. İctimai kanalın yeni loqosunda da əvvəlki kimi Azərbaycan bayrağının rəngləri öz əksini tapır. Lakin bu dəfəki loqo üzərində “itv” sözü daha aydın və anlaşıqlı formadadır. Loqo ekranın sağ yuxarı küncündə üfiqi istiqamətdə yerləşir.
Qeyd edək ki, bu yaxınlarda İctimai televiziyada rəhbər dəyişikliyi baş verib. İsmayıl Ömərovun yerinə Cəmil Quliyev bu kanalın baş direktoru vəzifəsinə seçilib.
