Mayın 24-dən axşam saatlarından etibarən Golden Hammer festivalının şəbəkəsində ciddi problem yaranması və texniki nasazlıqlar müşahidə olundu. Bu səbəbdən də, Golden Hammer saytının həddin artıq yüklənməsi səbəbiylə aparılan müəyyən dəyişikliklər ilə əlaqədar olaraq, sözügedən tədbirə işlərinin qəbulu 29 may 2013 taxinədək uzadıldı. Hər zaman olduğu kimi, bu təmir işləri ərzində daxil olan məktublar (işlər) baxılacaqdı. Təəssüf olsun ki, bizdən aslı olmayan səbəblərdən dolayı bu dəyişiklikləri gecə saatlarında aparmaq mümkün olmayıb.
Bu təşkilatçılar üçündə gözlənilməz bir hadisə oldu. Lakin buna baxmayaraq, işlər dərhal bərpa olunmağa başlandı və əvvəlcədən təqdim olunan qeydiyyatlar və saytın fəaliyyəti də bərpa olundu. Artıq problemin böyük hissəsi aradan qaldırılıb. Saytın fəaliyyətində yaranan problem də öz həllini tapıb, qüsur texniki qəza nəticəsində yaranmışdır.
Saytın bərpası zamanı, 14-cü Golden Hammer festivalı üçün qeydiyyatdan keçmək mümkün olmadığından, zənq etmiş və mail vasitəsilə əlaqə saxlamış hər kəsə işlərin qəbulu 29 may tarixinədək uzadılacağı haqda məlumat verilmişdir. Rəhbərlikdən verilən məlumata görə, “biz bu ilki festivalda iştirak etmək istəyənlərə daha üç gün vaxt veririk. Buna görə də, Golden Hammer festivalına işlərinin qəbulu üçün "son" tarix 29 may təyin olundu. Bu ilki Golden Hammer festivalında iştirak edəcək hər kəsə bizi anlayışla qarşıladıqları üçün dərin təşəkkürlərimizi bildiririk!”
Golden Hammer 14-cü dəfə bu il 6-7 iyun tarixlərində Riga şəhərinin "Radisson Blu hotelində" keçiriləcək. Bu festival avropa reklam festivalları arasında əhəmiyyətli bir yer tutaraq, Avropanın bütün hissələrinin kəsişməsinə çevrilərək, hər il Şimal, Şərq və Qərbdən gələn hər kəsi görüşdürür.
Sponsorlar: Antalis, Clear Channel Latvia, Delfi, Domenikss, Guilty, Lady Taxi, Market Media, Izdevniecības nams Petits, Pro Baltic, Radisson Blu Hotel Latvia, Samsung, Star FM, Studio 69, TNS, TV3Play, Žurnāls DEKO.
İnformasiya dəstəyi: ABKR, Advertology.ru, akarussia.ru, ERAL.ee, Facemark.az, FMR TV, Mami.org.ua, Marketing.by, Sostav.ru, Sostav.ua, worldofad.as
Bir daha qeyd etmək istərdik ki, Facemark.az saytı və Facemark.tv bu ilki "Golden Hammer 2013" festivalının media partnyorudur.
