Facemark.az xarici mənbəyə istinadən xəbər verir.


“İstehsal proseslərinin davamlı olaraq dayandırılması ilə əlaqədar Hyundai Motor Rusiyada işçi heyətini optimallaşdırmaq üçün addımlar atır. Şirkət bundan təsirlənən işçilər qarşısında bütün sosial öhdəlikləri, o cümlədən tərəflərin razılığı ilə işdən çıxanlar üçün işdən çıxma müavinətinin ödənilməsini yerinə yetirəcək”, - deyə şirkətin mətbuat xidmətindən bildiriblər.


Zavod 2010-cu ildə tikilib, 2022-ci ilin yanvar-fevral aylarında Rusiya və Avropa bazarlarında Sankt-Peterburqdakı Hyundai zavodunda istehsal olunan ayda 17 mindən çox avtomobil satılıb.


Mart ayında zavodun işi zəruri hissələrin və komponentlərin maddi-texniki təchizatında yaranan çətinliklərə görə dayandırılıb.