Almaniyada enerji bazarını tənzimləyən Federal Şəbəkə Agentliyinin (Bundesnetzagentur) rəhbəri Klaus Müller təbii qazdan istifadədə daha çox qənaət etməyə çağırıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Müller verdiyi açıqlamada önümüzdəki aylarda problem yaşanmaması üçün qənaətin 20 faizə yüksəlməsi lazım olduğunu ifadə edərək, bu qiymətləndirmələri edib. Müller, "Hazırda ümumi qənaət cəmi 13 faizdir. Əgər bu, normadan kənarda qalsa, hələ narahat olmağa dəyməz. Amma hava bir neçə gün soyuq qalacaq” deyib.