Çinin ərəb ölkələri ilə siyasi dəstəklə başlayan əlaqələri iqtisadi əməkdaşlıqla inkişaf edərkən, Çin sədri Si Cinpinin Ər-Riyada səfəri və ilk Çin-Ərəb Ölkələri Zirvəsi Çinin Yaxın Şərqlə əlaqələrini yeni bir ölçüyə daşıyacaq.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, imzalanma mərasimində çıxış edən Səudiyyə Ərəbistanın sərmayələr naziri Xalid bin Əbdüləziz əl-Falih bildirib ki, bu müqavilələr Səudiyyə Ərəbistanın Çin ilə bütün sahələrdə, o cümlədən iqtisadiyyat və investisiyalar üzrə əlaqələri inkişaf etdirmək istəyini əks etdirir. Çin Prezidentinin səfərinin iki ölkə liderlərinin iki ölkə arasında bütün sahələrdə, o cümlədən iqtisadiyyat və sərmayə qoyuluşlarında əlaqələri və tərəfdaşlıq münasibətlərini inkişaf etdirmək və möhkəmləndirmək əzmini əks etdirdiyini bildirən Falih, səfərin əlaqələrin daha da artırılmasına töhfə verəcəyini söyləyib.