Kripto pul bazarlarındakı qarışıqlıqdan təsirlənən “Genesis” kripto kredit təşkilatının kreditorlarının kredit məbləği 1,8 milyard dollara çatıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Genesis"in daha əvvəl bildirdiyi 900 milyon dollar borcuna əlavə olaraq, hüquqşünaslar tərəfindən təmsil olunan daha iki "Genesis" kreditor qrupu ortaya çıxıb. Kriptovalyuta ticarət və kredit platforması olan "Genesis"də pulu kilidli olan və bu mövzuda hüquqi məsləhətlər alan müştərilərin hazırda təxminən 1,8 milyard dollar krediti olduğu bildirilir.


Bu rəqəmin arta biləcəyi də proqnozlaşdırılır.