"Trafigura Group", Almaniya ilə qaz təchizatı üçün 3 milyard dollarlıq kredit müqaviləsi imzalayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Trafigura" bildirib ki, ilk qaz tədarükləri noyabrın 1-də başlayıb və şirkət mövcud qlobal qaz və "LNG" portfelindən istifadə edəcək. Mövzuya yaxın mənbələr son razılaşma ilə Almaniyaya "LNG" tədarükü təmin ediləcəyini bildirib. "Trafigura" həmçinin oktyabr ayında Almaniyaya metal tədarükü üçün 800 milyon dollarlıq kredit müqaviləsi imzalayıb.