"Aİ Komissiyası", Avrozonanın 2023-cü il üçün artım proqnozunu aşağı salsa da, inflyasiya proqnozları yuxarıya doğru yenidən nəzərdən keçirilib.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, açıqlamada tənəzzül xəbərdarlığı edilərkən, inflyasiyanın hələ pik həddinə çatmadığı bildirilib. "Aİ Komissiyası"nın Brüsseldəki rəsmiləri Avrozonanın 2023-cü il üçün artım proqnozunu 1,4 faizdən 0,3 faizə endirib. İqtisadiyyat proqnozları üstələdiyi üçün bu il üçün proqnozlar 3,2 faizə yüksəldilib.