İyun ayında "NFT" aqreqatoru "Genie"ni satın alan "Uniswap", istifadəçilərinin artıq "NFT" ilə də ticarət edə biləcəyini açıqlayıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, kripto ticarət protokolu "Uniswap", paylaşdığı bir blog yazısında Uniswap istifadəçilərinin artıq "NFT" ilə ticarət edə biləcəyini açıqlayıb. Bundan əlavə, şirkət platformadan uzun müddət istifadə edən "Genie" istifadəçilərinə təxminən 5 milyon "USDC" paylayacağını açıqlayıb.