"Deloitte"in Texnologiya, Media və Telekommunikasiya Proqnozları 2023 hesabatına əsasən, virtual reallıq tendensiyası sürətlə artır.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Deloitte" texnologiya, media və telekommunikasiya sahəsində aparıcı tendensiyaları və bu tendensiyaların bütün dünyada bizneslərə və istehlakçılara necə təsir edəcəyini açıqlayan hesabatını dərc edib. Hesabatın diqqət çəkən məqamlarından biri virtual reallığın artması idi.
"2023 TMT Predictions" hesabatına görə, qlobal "VR" bazarı əvvəlki ilə nisbətən yüzdə 50 artaraq 7 milyard dollara çatacaq.