"WhatsApp" mesajların tarixə görə axtarışı funksiyası üzərində işləyir.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, mesaj axtarışına kliklədikdən sonra, təqvim simvolu klaviaturanın bir qədər yuxarısında yerləşəcək və göstərilən vaxtın mesajlarına tarixi atlayaraq çatacaqsınız. Tarixə görə axtarış funksiyası bəzi "iOS", "WhatsApp beta" istifadəçilərinə təqdim edilib.
Funksiya ikinci dəfə sınaqdan keçirildiyi üçün onun tezliklə stabil versiyaya gəlməsi gözlənilir.