"Avropa İttifaqı Komissiyası" Rusiya nefti üçün tavan qiymətinin 60 dollar olmasını istəyib.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Aİ"yə üzv olan 27 ölkənin nümayəndələri Rusiya neftinə tətbiq olunacaq tavan qiymətinin müəyyənləşdirilməsi üçün danışıqları davam etdirir. Təklif, Estoniya və Litva kimi Baltikyanı ölkələrin də daxil olduğu Polşanın rəhbərlik etdiyi qrup tərəfindən bəyənilməyib. Bu ölkələr daha aşağı tavan qiymətində israr etsə də, 27 üzv dövlətin yekdil razılığı ilə qərar tələb olunur. Rusiya neftinin 60 dollarlıq tavan qiymətinə əlavə olaraq yeni qiymət məhdudlaşdırma mexanizmi yaradılacaq.
Mexanizm Rusiya neftinin tavan qiymətinin bazar qiymətlərindən 5 faiz aşağı saxlanılmasını təmin edəcək.