"Coinbase", paylaşdığı twitində, "Apple"ın "NFT" əməliyyatlarında haqlarının "In-App Pruchase" sisteminə daxil edilməsini tələb etdiyini bildirib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Coinbase Wallet" hərəkətə keçənə qədər "Apple" proqramı blokladıb. "Coinbase", "NFT" haqlarının tətbiqdaxili alış sisteminə daxil edilməsinin texniki cəhətdən mümkün olmadığını bildirib. "Apple"ın tətbiq içi satınalma sisteminin kriptonu dəstəkləmədiyini vurğulayan "Coinbase", "Bunu sınasaq da, uyğunlaşa bilmirik" deyib.


Şirkət "Apple"ın tələbini açıq internet protokolları üzərindən göndərilən hər e-poçtdan komissiya almağa bənzədib.