İlin sonuna qədər bir milyard istifadəçini ötəcəyi proqnozlaşdırılan "5G", “ən sürətli böyüyən mobil əlaqə nəsli” ola bilər.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, hesabatda hazırda "5G" istifadəçilərinin sayının 870 milyona çatdığı qeyd edilib. Bu rəqəm 2021-ci ilin sonuna qədər 5G istifadəçilərinin sayını iki dəfə artırmağa yaxındır. Ericssonun hesabatlarına görə, ötən ilin sonunda "5G" istifadəçilərinin sayı 580 milyon nəfər olub. Ericssonun hesabatdakı proqnozu özünü doğrultsa, "5G" doqquz rəqəmli istifadəçi sayına "4G"dən iki il tez çatacaq və bu, onu “ən sürətlə inkişaf edən mobil əlaqə nəsli” edəcək.
Eyni dövrdə istifadəçi sayına 41 milyon nəfər əlavə edilərək, "4G" istifadəçilərinin sayının ilin sonuna kimi 5,2 milyarda çatacağı gözlənilir.