Bir tərəfdən "PC" oyunları inkişaf etdirməyə hazırlaşan "Netflix", bu həftə mobil oyun kataloquna 9 yeni oyunu əlavə etdiyini açıqlayıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, 9 yeni oyun əlavə etməklə şirkət oyunların sayını 40-ı ötüb. Oyunlara "Devolver Digital's Reigns": "Three Kingdoms", "Neowiz's Cats & Soup və Rogue Games"in "Hello Kitty Happiness Parade" daxildir. Bundan əlavə, şirkətin "Farmville" oyununa bənzər "Country Friends" oyununu öz oyunlarına daxil etməsi diqqət çəkib.
Buraxılan digər oyunlar "Skies of Chaos", "Flutter Butterflies" və "Stranger Things: Puzzle Tales" idi.