İqtisadiyyat xəbərləri Dünya çempionatının ilk həftəsi geridə qalarkən "FİFA"nın turnirdən əldə etdiyi gəlirin 7,5 milyard dollar olduğu açıqlanıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, bu gəlir 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatından əldə edilən gəliri 1 milyard dollar üstələyib. "FİFA"nın gəlirlərinə ən böyük müsbət təsir kimi ev sahibi ölkədəki şirkətlərdən "Qatar Energy", "QNB" və "Ooredoo" ilə razılaşmalar göstərilir.