Elon Musk'dan yeni iddia: “Apple, Twitter'i App Store'dan silməklə hədələyir”

Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Elon Musk, "Twitter"in ən böyük reklamçılarından biri olan "Apple"ın reklamlarının əksəriyyətini geri götürdüyünü və "Apple Amerikada ifadə azadlığına nifrət edirmi?" sualını verib. Bu yazıdan təxminən 30 dəqiqə sonra başqa bir twitində Musk iddia edib ki, "Apple" onu “Twitteri App Store'dan silməklə” hədələyib. Açıqlamalarından sonra "Apple CEO"su Tim Cooku etiketləməyi laqeyd qoymayan Elon Musk hələ də "Apple" cəbhəsindən cavab almayıb.


Təbii ki, bu gərginliyin hara çatacağını hələlik təxmin etmək mümkün deyil.