Elon Muskın "Twitte"r haqqında paylaşdığı tvitinə cavab olaraq, "Twitter"in 280 simvol limitinin artırılmasını təklif edən bir "Twitter" istifadəçisi Elon Muskın görüləcək işlər siyahısında olan bir elementi açıqlayıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, istifadəçi Con Kraus İlon Maska bildirib ki, simvol limiti 280-dən 1000-ə qaldırılmalıdır, lakin bunun üçün 280 simvoldan sonra “daha çox göstər” düyməsini əlavə etmək lazımdır. Kraus, bu yolla twit zəncirlərinin qısalacağını ifadə edib. Krausun bu təklifi "Twitter"ə daha az tvit emal etməyə imkan verə bilər.
Məlum olduğu kimi, "Twitter" yarandığı gündən 2017-ci ilə qədər 140 simvoldan ibarət paylaşımlara icazə verib. 2017-ci ildə bu hədd 280-ə çatdırılıb.