"AB"nin tavan qiymət tətbiqinin qüvvəyə minməsinə bir həftə qalmış, Rusiya limanlarından xam neft tədarükü yavaşlamadan davam edir.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, razılaşma olarsa, Rusiyadan daşımalar dayandırılacaq, lakin Rusiya neftinin Avropa mənşəli gəmilərdə daşınmasına icazə veriləcək və sığortası təmin ediləcək. Bununla belə, Rusiyanın da qiymət tavanı qərarı verən ölkələrə qarşı satış qadağası tətbiq edərək qisas almağa hazırlaşdığı və bu halda daşınmaların kəskin şəkildə azalacağı bildirilir. Noyabrın 25-də bitən həftədə Rusiyadan dəniz yolu ilə daşınmaların ümumi həcmi 2,89 milyon barel artıb. Daha az dəyişkən 4 həftəlik ortalama gündəlik 3 milyon barelə doğru enməyə davam edib.
Rusiyadan Çin, Hindistan və Türkiyəyə tədarüklər də noyabrın 25-dək olan 4 həftə ərzində 2,5 milyon barelə çatıb.