"Twitter"i alması və şirkətdəki işçilərinin ixtisarı ilə gündəmin başında olan İlon Maskın sərvəti azalmaqda davam edir.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Maskın sərvətinin bu il azalması ilk dəfə olaraq 100 milyard dolları ötüb. Dünyanın ən varlı adamı olan İlon Mask indi sərvəti ən çox azalan ən varlı adam kimi diqqəti çəkir. "Tesla" səhmlərinin iki ilin minimum səviyyəsinə düşməsindən sonra "Tesla"nın rəhbəri İlon Mask sərvətində ciddi itki ilə üzləşib. Son hadisələrdən sonra 169,8 milyard dollara düşüb.
Bununla belə, Mask "Bloomberg" milyarderlər indeksində birinci yeri qoruyub.