"Tuvalu" metaversedə yenidən qurulacaq və rəqəmsal olaraq qorunacaq.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, bütün dünyada su altında qalacaq əraziləri müəyyən etmək üçün araşdırmalar aparılarkən, ada dövlətləri də tamamilə su altında qalmaq və buna görə də yox olmaq təhlükəsi ilə üzləşirlər. Sakit okeanda yerləşən və doqquz adadan ibarət "Tuvalu" da bu dövlətlərdən biridir.


Tamamilə su altında qalacağı təxmin edilən "Tuvalu", torpaqlarını qoruya bilməsə də, mövzu ilə bağlı araşdırmalarını davam etdirir.