Ceff Bezos, 124 milyard dollarlıq sərvətinin böyük hissəsini xeyriyyə təşkilatlarına bağışlayacağını açıqlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Bezos iqlim böhranı ilə mübarizəyə və bəşəriyyəti birləşdirənlərə dəstək olmaq üçün belə bir qərar verdiyini açıqlayıb. Bezos əlavə edib ki, ianəsinin təsirini artıracaq üsul axtarır. Xeyriyyə təşkilatlarına ianə verməklə bağlı ilk açıqlamanı verən Ceff Bezos dünyanın ən zəngin adlarını xeyriyyə təşkilatlarına bağışlamaq üçün bir araya gətirən "Giving Pledge"i imzalamadığı üçün tənqid edilib.