Çinin Baş naziri və yaponiyalı həmkarı Kişida Fumio Kambocada keçirilən "Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının Sammiti" çərçivəsində üzbəüz görüşüb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, görüş zamanı Çin lideri yaponiyalı həmkarına bildirib ki, iki ölkə siyasi, ticari və iqtisadi əlaqələri və xalqlar arasında qarşılıqlı əlaqəni artırmalıdır. Kişida vurğulayıb ki, Çin və Yaponiya "mehriban yanaşı yaşamaq" məqsədini güdməlidir.


Çin liderləri "Covid-19" epidemiyası başlayandan bəri üz-üzə diplomatiyanın dayandırılması səbəbindən region ölkələrinin liderləri ilə birbaşa danışıqlar aparmayıb.