"Beta" olaraq mövcud olan e-poçt və təqvim xidmətləri "Zoom Chat" kimi "Zoom One"bölməsində də istifadə edilə bilər.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Zoom Chat" xüsusiyyətini keçən sentyabr ayında elan edən və bu xüsusiyyətlə "Slack" və "Microsoft Teams" ilə rəqabət aparan "Zoom", e-poçt və təqvim xidmətləri ilə "Microsoft 365" və "Google Workspace" kimi xidmətlərlə rəqabət aparır.
"Zoom"un verdiyi məlumata görə, şirkət yeni xidmətləri, elektron poçtu və təqvimi ilə kiçik və orta biznesə çatmağı hədəfləyir.