Cənubi Koreyada yerləşən texnologiya nəhəngi "LG", özünün rezin kimi uzanan və genişlənən ekranını təqdim edib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, şirkətin display texnologiyalarına diqqət yetirən hissəsi olan "LG Display" tərəfindən hazırlanmış 12 düymlük ekran qatlana, spiral kimi fırlana və uzadıla bilər. Standart olaraq 12 düymlük ekranı hər iki tərəfdən çəkdiyiniz zaman o, ekrana heç bir zərər vermədən 14 düymədək uzana bilər. Sərbəst formada ekran olaraq təyin olunan bu texnologiyanın mebel və geyimdə istifadə oluna biləcəyi bildirilib. Hələ prototip mərhələsində olan “free-form” adlanan ekranın 100 ppi dəyərə sahib olması gözlənilir. İçərisində "mikro-LED" işıqlandırmaları ilə canlı və rəngli görünüş təqdim edən ekranın gələcəkdə geniş istifadə sahəsinə sahib olacağı da məlumatlar arasındadır.