"YouTube", "Shorts" məzmununu televiziya ekranlarında izləmək üçün işini tamamlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, sürətli yüksəliş yaşayan "TikTok" sosial media tətbiqlərinin transformasiyasına səbəb olub. Artıq geniş istifadə edilən "Instagram" və "Snapchat" kimi sosial media tətbiqləri "TikTok"un təklif etdiyi qısa, şaquli video formatına üstünlük verməyə başlayıb. Onlar "Reels" və "Spotlight" kimi funksiyaları inkişaf etdiriblər.


"YouTube" da "Shorts" ilə bu prosesə qarışıb. "Google"un CEO-su Sundar Pichai bu ilin əvvəlində "Shorts" məzmununun hər gün milyard dəfədən çox izlənildiyini bildirib. Bu müvəffəqiyyətlə "Shorts"a daha çox əhəmiyyət verməyə başlayan "YouTube", yeni bir açılış edəcək və "Shorts" məzmunlarının televiziya ekranlarında izlənməsinə imkan verəcək. Ağıllı televizorlarda istifadə edilən "YouTube" tətbiqləri üçün yayımlanacaq bir yeniləmə "YouTube Shorts"u televiziyalara gətirəcək.