Elon Mask "Twitter"i aldıqdan sonra sosial media platformasında kütləvi miqrasiya davam edir.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Twitter"də qalmaq istəməyən istifadəçilər "Mastodon" tətbiqinə üstünlük verirlər. "Mastodon" platforması "Twitter"in alınmasından cəmi 3 gün sonra həm "iOS", həm də "Android"də 34.000 yeni yükləmə ilə bir gündə ən yüksək yükləmə sayına çatıb. "Sensor Tower" tətbiqin son üç gündə təxminən 91 min yeni istifadəçiyə çatdığını açıqlayıb.
"Mastodon" son 7 gündə daha çox tələbat görməyə başlayıb. Şirkətin qurucusu və aparıcı tərtibatçısı Eugen Rochko tərəfindən paylaşılan məlumata görə, mərkəzləşdirilməmiş sosial şəbəkə "Mastodon" aylıq aktiv istifadəçi sayı 1 milyona çatıb. Oktyabrın 27-dən etibarən yarım milyona yaxın istifadəçi şəbəkəyə qoşulub.