Bütün zamanların ən çox qazanan "YouTube" kanalları infoqrafikası ölkələr üzrə bölünərək uşaq kanallarının uğurunu nümayiş etdirir.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "YouTube"da iki milyard yarım insanın aktiv şəkildə videolara baxdığı barədə məlumat verən infoqrafika "CashNetUSA" tərəfindən hazırlanıb. Kanalların real qazancı ilə bağlı heç bir məlumat verməsə də, infoqrafikaya baxdıqda uşaq kanallarının gəlirlərinin kifayət qədər yüksək olduğunu söyləmək olar.
Kanalların ödədiyi vergiləri, sponsorluqları və məhsul satışlarını nəzərə almayan bu infoqrafikaya görə, 2006-cı ildən bəri video istehsal edən "Cocomelon" 267,8 milyon dollar gəlirlə bütün zamanların ən çox qazanan "YouTube" kanalıdır. İnfoqrafiyaya görə, Rusiyadan "Like Nastyanın" təxminən 167,5, Almaniyadan "Kinder Spielzeug Kana"l və Fransadan "Squeezie" 19,4, İspaniyadan "Vegetta777" kanalının 31,4 milyon dollar qazandığı görünür. .