Dünyanın ən böyük dövlət pensiya fondu olan Yaponiyanın "GPIF"i sentyabrda başa çatan rübdə 11,6 milyard dollar itki verib.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, zərərdə qlobal səhmlər və xaricdəki istiqrazlardakı enişin təsirli olduğu ifadə edilib. "GPIF", dolların yen qarşısında möhkəmlənməsi xaricdəki səhm və istiqrazlardakı enişi kompensasiya edə bilmədiyi üçün sentyabrda başa çatan üç ay ərzində itki verib. Ümumi aktivləri rüb ərzində trilyon 11,6 milyard dollar və ya 0,9 faiz zərər göstərərək 1,29 trilyon dollara düşüb. Bu dövrdə fondun Yaponiya səhmləri 0,8 faiz, daxili borc isə 0,8 faiz azalıb. Dolların yen qarşısında 7 faiz artmasına baxmayaraq, xarici səhmlər 0,5 faiz, xarici istiqrazlar isə 1,5 faiz ucuzlaşıb. Ardıcıl üç rüb üçün itkilər fondun dekabrda rekord həddən aşağı düşməsinə səbəb olub. "GPIF"in aktivlərinin yarısı xaricə sərmayə qoyulduğundan, Yaponiya bankının aşağı faiz siyasətinə riayət etməsi nəhəng fonda müəyyən dəstək verib.