Görüşlər artıq “WhatsApp”da keçirilə bilər


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, “WhatsApp”, yeni yeniləməsi ilə əvvəllər 8 nəfərə qədər icazə verilən videozəng imkanını 32 nəfərə qədər artırır. Bundan əlavə, 1024 nəfərdən ibarət qruplar və sorğular təşkil etməyə imkan verən yeniləmə uzaqdan işləyən insanların işini asanlaşdırdığı görünür.
“WhatsApp”da uzun müddətdir mövcud olan qrup və video zəng funksiyası yeniləmə ilə daha faydalı hala gəlib. Qrup idarəçiliyini asanlaşdırmaq məqsədi daşıyan sorğu xüsusiyyəti istifadəçilər üçün yeni bir təcrübə olacaq. İnsanlar qrupa mesaj göndərmək əvəzinə hazırlanmış sorğu anketi vasitəsilə öz seçimlərini göstərə bilərlər. Qeyd etmək lazımdır ki, hazırlanmış sorğular anonim işləmir. Kimin hansı varianta səs verdiyi açıq şəkildə göstərilir. Nəticəyə və ya səslərə baxmaq birbaşa sorğu pəncərəsi vasitəsilə həyata keçirilir.
Şübhəsiz ki, son illərin ən böyük rəqabətlərindən biri “Apple” və “Samsung” arasındadır. Bu dəfə müsabiqədə sonuncu daşı “Samsung” atıb.