İstifadəçilərə daha şəffaf platforma təklif etməyi hədəfləyən "TikTok", paylaşımları kimin saxladığını göstərən funksiyanı işə salıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, əvvəllər istifadəçilər neçə nəfərin video çəkdiyini görə bilirdilər, amma onu çəkən istifadəçiləri görə bilmirdilər.
"Twitter" və "Instagram" kimi digər məşhur sosial media platformalarının da paylaşım saxlamaq imkanı var.
"TikTok" sözçüsü deyib: “Biz həmişə cəmiyyətə dəyər qatmağın və "TikTok" təcrübəsini zənginləşdirməyin yollarını düşünürük, çünki biz əyləndirən, yaradıcılığı ruhlandıran və mədəniyyəti aktivləşdirən təhlükəsiz yer qurmağa davam edirik”.