"Adobe" ilə müqaviləni dəyişdirərək dizaynerlərdən əlavə ödənişlər tələb etməyə başlayan "Pantone"a qarşı reaksiyalar artır.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Pantone"un, "Adobe Creative Suite"ə daxil olan "Photoshop", "Illustrator" və "InDesign" proqramlarından istifadə edən dizaynerlərdən ayda 15 dollar tələb etməsi dizaynerləri reaksiya verməyə vadar edib.
"Adobe" tətbiq interfeyslərindən "Pantone" rənglərini çıxarsa da, bu rənglər qara ilə əvəz olunub. "Adobe", "Pantone" ilə lisenziya müqaviləsində edilən dəyişikliklərə görə rənglərin silindiyini bildirərək, bu vəziyyətdən "Pantone"un məsuliyyət daşıdığını istifadəçilərinə açıqlayıb. "Pantone" isə "Adobe"ni etibarlı tərəfdaş kimi qeyd etməyə davam edir, lakin məsuliyyətin "Adobe"nin üzərinə düşdüyünü deyir.
"Pantone", "Adobe" proqramlarının istifadəçilərini "Adobe" üçün "Pantone Connect" adlı istifadə etməyə dəvət edib.