"ABŞ Federal Rabitə Şurası"nın sədri Brendan Karr "TikTok" və onun sahibi "ByteDance"in ABŞ vətəndaşlarına məxsus “şəxsi və həssas məlumatlarla” davranmasından narahatdır.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, bu narahatlığını dilə gətirməkdən çəkinməyən Karr, "TikTok"a qadağa qoymaqdan başqa ABŞ vətəndaşlarını qorumaq üçün seçə biləcəkləri başqa yol olmadığını düşünür. Carrın fikirləri çox vacibdir. Çünki, "FCC" rabitə sahəsində nəzarət və tənzimləyici orqandır. "TikTok" özünü əyləncə proqramı kimi tanıtmağa çalışsa və istifadəçiləri tərəfindən belə tanınsa da, ABŞ rəsmiləri "TikTok"un ABŞ vətəndaşlarının biometrik və yer məlumatları daxil olmaqla məlumatları saxladığını və Çin hökumətinə təqdim etdiyini düşünür. Mövzu ilə bağlı açıqlama verən "TikTok", ABŞ səlahiyyətlilərinin bütün milli təhlükəsizlik problemlərini həll edəcək bir razılaşma üzərində çalışdıqlarını, Carrın açıqlamasının isə "FCC" prezidentinin açıqlaması deyil, fərdi bir bəyanat kimi qəbul edilməsi lazım olduğunu bildirib.