İnternet bağlantısını bir addım irəli aparan şirkətin Starlink xidmətini 2,5 dollara təklif edəcəyi düşünülür.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, daha yüksək performanslı internetə çıxış üçün "Starlink" layihəsi ilə peykləri yer orbitinə göndərməyi hədəfləyən "SpaceX", bu xidmətin hərəkət edən avtomobillərdə mövcud olduğunu açıqladı. "SpaceX", "Starlink" internet xidməti ilə uzaq nöqtələrdə belə internet şəbəkəsində onlayn olmağın mümkün olduğunu bildirərək internet xidmətinin inkişafına öz töhfəsini verir. Artıq "Starlink" internet xidməti ilə qatarlar, yük maşınları, qayıqlar, karvanlar və təyyarələr hərəkətdə olarkən və ucqar yerlərdə olarkən internet üzərindən onlayn ola biləcəklər.
"SpaceX", "Starlink" internet xidmətinin twitter vasitəsilə sifarişlərə açıq olduğunu paylaşaraq bildirdi. İnternet xidmətinin dekabrda istifadəyə veriləcəyi bildirilir.
"SpaceX" öz internet saytında "Starlink" internet xidməti haqqında deyir: "Geniş baxış sahəsi və təkmil GPS imkanları ilə "Flat High Performance Starlink" daha çox peykə qoşula bilər ki, bu da yolda ardıcıl əlaqə yaratmağa imkan verir." məlumat verib. Onun hava şəraitinə və sərt mühitə davamlı olduğu bildirilib.