Facemark.az "İş dünyasında səbirsiz nəsil və onları işdə saxlama" yolları haqqında araşdırma yazını təqdim edir!
"Google"da "İş və həyatı necə dəyişə bilərəm" sualı kliklənmə rekordu qıran suallardan olub. Araşdırmalar göstərir ki, Türkiyədə hər 10 işçidən 7-si iş yerini dəyişməyi düşünür. Bəs, hansı nəsli işdə saxlamaq daha çətindir? Pandemiyadan əvvəlki iki illə müqayisədə ən yüksək işçi dövriyyəsi Y nəslində cəmləşmişdir. Şirkətlər bu səbirsiz nəsli işdə saxlamağın yollarını axtarırlar. "Mercer"in qlobal səviyyədə apardığı "Böyük istefa" sorğusu pandemiyadan sonra dövriyyə nisbətlərində anormal artım olduğunu ortaya qoyub. Şirkətlərin 69%-i 2021-ci ilin birinci yarısında dövriyyə nisbətlərinin artdığını bildirib. İşçi qüvvəsinin 40 faizindən çoxu bu il işini tərk etməyi düşünür. "Mercer Türkiyə" Karyera Bölməsinin Ölkə Lideri Şadiye Azışık Kılcıgil söyləyir: “İstefa dalğasının üç ən mühüm səbəbi bunlardır: əmək haqqı narazılığı, məhdud karyera və bacarıq inkişafı, iş-özəl həyat balansı”. Korn Ferry-nin sorğusuna əsasən isə dünyada 1128 insan resursları (HR) mütəxəssisinin 55 faizi bu il işçi dövriyyəsinin artacağını gözləyir. Və bu ekspertlərin 87 faizi işçilərin işdə saxlanmasının onların əsas prioritetinə çevrildiyini deyib. İşdən ayrılmanın nəsillər arasında paylanmasına nəzər saldıqda ilk növbədə Y nəslini görürük. Bu nəsildən sonrakı yerdə Z nəsli gəlir. "Human Group"un baş direktoru Gaye Özcan söyləyir: “Gallup hesabatı göstərir ki, 2021-ci ildə Y nəslinin yüzdə 21-i işdən ayrılıb. Bu, iş yerini dəyişən X və Z nəsillərinin 3 dəfədən çoxunu təşkil edir”. Bəs bu halların qarşısını necə almaq olar? Müxtəlif xüsusiyyətlərə sahib olan bu nəsilləri işdə saxlamaq üçün müxtəlif fikirlər söylənmişdir. Gəlin, bunlara nəzər yetirək.
"Doğan Holdinq"in HR departamentinin məsuldar şəxsi Şebnem Bezmen bu mövzu ilə bağlı belə söyləyir: "Pandemiyadan sonra Y nəslində işdən ayrılma hallarında artış yaşanır. İş müsahibələrində bu nəslin uzaqdan işləməyə daha həvəsli olduğunu və bu istiqamətdə çalışacaqları şirkəti seçdiyini müşahidə edirik. Buna uyğun olaraq, həftədə bir dəfə çevik iş saatları və uzaqdan işləmə tətbiq etdik. Bununla yanaşı, əks mentorluq təcrübəsinə başladıq. Gənc nəsil daha təcrübəli olanlara mentorluq etməyə başladı ki, bu da hər iki tərəf üçün çox müsbət oldu". "LC WAİKİKİ" HR-dan məsul baş menecer Neslihan Yalçın isə söyləyir: "İşdən ayrılma hallarını azaltmaq üçün əvvəlcə səbəbləri dərindən analiz edirik. Hansı faktorlar daha çox işdən ayrılmağa səbəb olur, həqiqətənmi işdən ayrılma halları yüksək performansa sahib işçilər arasında baş verir kimi suallara cavab axtarırıq. Daha sonra mövzu ilə bağlı xüsusi tədbirlər həyata keçirilir. Z nəslində kadr dəyişikliyi azalması onu göstərir ki, biz tədricən Z nəsli ilə işləməyi öyrənirik. Karyera idarəçiliyində namizədləri cəlb etmək üçün təhlillər aparırıq və müxtəlif tətbiqlər üzərində işləyirik. Çünki gələcəyimiz Z nəslinə həvalə olunacaq".