Dünyanın ən böyük basketbol təşkilatı NBA yeni Web 3 layihəsi olan "NBAxNFT"ni elan edib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, bu təşəbbüs basketbolu NFT-lər, oyunlar və metaverse kimi mövzularla birləşdirərək basketbol həvəskarlarının bu mövzularda qarşılıqlı əlaqədə olmasına imkan verəcək.


İdman dünyası NFT hərəkətlərinin əhəmiyyətli sahələrdən biridir. Yeni layihə üçün "Twitter" hesabı və "Discord" kanalı açılıb. "Discord" hesabı 'Web 3-də hər şeyi müzakirə etmək üçün' yaradılıb. Onun "Twitter" hesabında hazırda 12,5 min, "Discord"da isə 40 mindən çox basketbol həvəskarı var.