"Twitter" və "Formula 1" arasında əməkdaşlıq azarkeşlərə daha çox məzmuna çıxış imkanı verəcək.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Formula 1", Avstraliya Qran Prisindən əvvəl "Twitter" ilə məzmun sahəsində əməkdaşlıq müqaviləsini uzaddığını açıqlayıb. Bu əməkdaşlığın davam etdirilməsi o deməkdir ki, F1 azarkeşləri 2022 və 2023-cü illərdə "Twitter"də daha çox məzmun görəcəklər. F1 daha çox canlı yayım, yarışçı haqqında məlumat, müsahibələr, "Twitter"də cari və arxivləşdirilmiş videoları təqdim edəcək.


Digər tərəfdən, "Twitter" 2021-ci ildə "Formula 1" haqqında 70 milyondan çox tvit paylaşıldığını açıqlayıb. Bu da 2020-ci ildə paylaşılan tvitlərin sayı ilə müqayisədə 63% artım deməkdir. Şirkət həmçinin "Formula 1"in rəsmi "Twitter" hesabı @F1-in 7,5 milyon izləyicisi olduğunu, onların 65%-nin 35 yaşdan aşağı olduğunu və ötən il "Formula 1" ilə bağlı söhbətlərə 2 milyona yaxın qadın istifadəçinin qatıldığını vurğulayıb.