Şirkətin qurucusu və baş direktoru Mark Zukerberq İnstaqram ilə bağlı yeni açıqlama verib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Zukerberq açıqlamasında NFT funksiyasının tezliklə İnstaqrama gələcəyini təsdiqləyib.


Yaxın müddətdə NFT-ləri İnstaqrama gətirmək üçün çalışdıqlarını ifadə edən Zukerberq bunun necə formalaşacağını tam açıqlamayıb, lakin insanların mövcud NFT-lərini nümayiş etdirə və potensial olaraq yenilərini ortaya çıxara biləcəklərini ifadə edib.


"Bu gün tam olaraq nə baş verəcəyini dəqiq izah etməyə hazır deyiləm, lakin növbəti bir neçə ay ərzində biz NFT-lərinizin bəzilərini əldə etmək funksiyasını təqdim edə bilərik.” - deyə Zukerberq qeyd edib.