İki şirkətin elektromobil istehsalı üçün əməkdaşlıq edəcəyi və yeni şirkət quracağı öyrənilib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, ''Sony'' və ''Honda'' elektrik avtomobilləri istehsal etmək məqsədi ilə yeni şirkət quracaqlarını açıqlayıblar. İki şirkət bu qərarla bağlı müqavilə imzalasa da, adı hələ məlum olmayan bu yeni avtomobil şirkətinin bu il qurulması və ilk elektrikli avtomobil modelini 2025-ci ildə satışa çıxarması gözlənilir.


Qurulacaq şirkətin bu ilk modelin dizaynı, inkişafı və satışından məsul olacağı, avtomobilin istehsalını ''Honda'' üzərinə götürəcəyi, ''Sony''nin isə mobillik xidməti platformasını təmin edəcəyi öyrənilib.


''Honda''nın CEO-su Toshihiro Mibe, qurulacaq yeni şirkətin innovasiya, təkamül və genişlənmənin son nöqtəsində olacağını və bunu müştərilərin gözləntilərini və təxəyyüllərini üstələyən dəyər yaratmalarını təmin edəcəyini bildirib.