İsveçin “Spotify” şirkəti Rusiyadakı ofisini qeyri-müəyyən vaxtadək bağlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, bu qərar Rusiyanın Ukraynada apardığı xüsusi əməliyyatla bağlıdır. Servis, həmçinin Rusiyanın dövlət KİV-inə məxsus və onlar tərəfindən idarə olunan şouların tapılmasını məhdudlaşdırıb.


Qeyd edək ki, bugünkü gündə “Spotify”ın 381 milyondan çox istifadəçisi var.