Paylaşılan məlumata görə, tədbir martın 8-də baş tutacaq.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, mart ayında keçiriləcək tədbirdə 3-cü nəsil ''iPhone SE'', yeni ''iPad Air'' və yeni ''Mac'' modellərini görə bilərik. Təqdim edilməsi gözlənilən 3-cü nəsil ''iPhone SE'' modelində dizayn baxımından böyük dəyişikliklərin olmayacağı gözlənilir. Modelin ən əhəmiyyətli xüsusiyyəti 5G olacaq.


Yeni ''iPad Air'' modelində isə həm prosessor yenilənəcək, həm də planşetə 5G texnologiyası əlavə olunacaq. Bu dəfəki təqdimat tədbirinin sloqanı “Peek performance”dır.