''Apple'' artırdığı sanksiyalara yeni sanksiyalar əlavə edib. Şirkət Rusiyada məhsul satışını dayandırıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, ''Apple'' səlahiyyətliləri öz açıqlamalarında qeyd edib:
“Ukraynanın Rusiya tərəfindən işğalı və onun vətəndaşlarının zorakılığından çox narahatıq. Biz humanitar səyləri dəstəkləyirik, qaçqın böhranının həlli yollarını axtarırıq və bölgədə əlimizdən gələn hər cür dəstəyi verməyə çalışırıq.
Biz bu işğal zamanı çoxlu tədbirlər gördük. Bütün məhsullarımızın Rusiyada satışını dayandırdıq. Ötən həftə biz Rusiyaya məhsul göndərməyi dayandırdıq. ''Apple Pay'' və digər xidmətlər məhdudlaşdırılıb. ''RT News'' və ''Sputnik News'' proqramları indi Rusiyadan başqa ölkələrdə ''App Store''dan silinib. Ukraynada vətəndaşların təhlükəsizliyi üçün biz ''Apple'' xəritələrində canlı yol hərəkəti və qəza funksiyasını deaktiv etdik.
Biz mövcud vəziyyəti dəyərləndirməyə və müvafiq hökumətlərə qarşı sanksiyalar tətbiq etməyə davam edəcəyik. Biz bütün dünyada sülhə çağıranlara qoşuluruq”.